Belaruslu kukla ustası paytaxtımızın qonağı olacaq

4 Aprel 2016 09:57 (UTC+04:00)

Muzey Mərkəzində belaruslu kukla ustası Qalina Dmitrukun "Gecə nağılları" adlı sərgisi açılacaq.

SİA-nın verdiyi xəbərə görə, interyer kukla ustası Qalina Dmitruk Belarus, Rusiya, Almaniya, Niderland və digər ölkələrdə çoxsaylı beynəlxalq sərgilərin iştirakçısıdır.

Kukla ustası "Facebook" səhifəsində də sevimli şəhəri Bakıda keçiriləcək sərgiyə yorulmaq bilmədən hazırlaşdığını yazıb.

Qeyd edək ki, sərgi mayın 13-dən 17-dək davam edəcək.