Ermənilər Ağdərə və Əsgərandan qaçır

3 Aprel 2016 16:01 (UTC+04:00)

Ermənilər Ağdərə və Əsgəran rayonlarının təmas xəttinə yaxın yaşayış məntəqələrini kütləvi şəkildə tərk etməyə başlayıblar. SİA-nın etibarlı mənbəyə istinadən verdiyi məlıumata görə, adıçəkilən rayonların kənd və qəsəbələrində yalnız hərbçilər, polislər və yanğınsöndürənlər qalıb.
Kütləvi köçün qarşısını almağa çalışan qondarma rejimin nümayəndələri rayonların əsas magistral yollarında postlar yaradıb, qaçmağa çalışan 18-55 yaş arasında olan kişi cinsindən olan erməniləri geri qaytarır və oradan birbaşa ön cəbhəyə göndərirlər.