İran XİN: "Danışıqlar BMT-nin nəzarəti ilə aparılmalıdır"

3 Aprel 2016 11:29 (UTC+04:00)

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqları BMT-nin nəzarəti ilə aparılmalıdır. Bu fikri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Cabir Ənsari deyib. O qeyd edib ki, İran iki yaxın qonşusunun münaqişə vəziyyətində olmasından ciddi narahatdır.

Mətbuat katibi bütün vasitələrdən istifadə edilməklə sabitliyin bərpa edilməsinin, vəziyyətin daha da gərginləşdirilməməsinin zəruriliyini bildirib.