Sarkisyan erməni ordusunun itkilərindən danışdı

2 Aprel 2016 21:36 (UTC+04:00)

Serj Sarkisyan bu gün Dağlıq Qarabağdakı döyüşlərdə Ermənistan ordusunun məruz qaldığı itkilərin bir hissəsini etiraf edib. SİA-nın məlumatına görə, S.Sarkisyan Təhlükəsizlik Şurasının iclasında çıxışında 18 nəfər itirdiklərini, 35-ə yaxın yaralılarının olduğunu bildirib.

S.Sarkisyan XİN-ə Ermənistan və "DQR" arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalanması üçün hazırlıqlar aparılmasını və müvafiq layihənin parlamentə təqdim edilməsini tapşırıb.

Qeyd edək ki, bəzi erməni saytlarında Ermənistan ordusunun itkilərinin 100-dən çox olması barədə məlumatlar yayılıb.