Qazaxıstanın turizm və KİV nümayəndələri ölkəmizin qonağıdır FOTOLAR

2 Aprel 2016 14:40 (UTC+04:00)

Qazaxıstanın bir sıra turizm şirkətləri, həkim-mütəxəssis iş adamları və kütləvi infiormasiya vasitələri nümayəndələri üçün Azərbaycana info tur təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində infotur iştirakçıları Bakı, Qəbələ, Şəki və Naftalanın turizm və təbii üsulla müalicə imkanları ilə yaxından tanış olacaq, bir sıra rəsmi görüşlərdə iştirak edəcəklər.

Həmçinin "Skal İnternational Bakı" təşkilatının dəstəyi ilə "Azərbaycanda Turizm" mövzusunda seminarda iştirak nəzərdə tutulur.
Bununla yanaşı, nümayəndə heyəti aprelin 7-də Bakıda keçiriləcək "15-ci yubiley Turizm və Səyahətlər" sərgisində iki tərəfli görüşlərdə iştirak edəcəklər.

Qeyd edək ki, infotur aprelin 8-nə kimi davam edəcək.