Rusiya həmsədrlərlə məsləhətləşmələrə başlayıb

2 Aprel 2016 14:34 (UTC+04:00)

Rusiya Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrləri ilə məsləhətləşmələrə başlayıb. SİA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova tərəfləri təmkinli olmağa, hər hansı zorakılıqdan dərhal imtina etməyə çağırıb: "Rusiya ATƏT-in Minsk qrupunun tərəfdaş həmsədrləri ilə məsləhətləşmələrə başlayıb. Hadisələrin inkişafını izləyirik".