Putin atəşi dərhal dayandırmağa çağırıb

2 Aprel 2016 13:33 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda döyüşlərə reaksiya verib. SİA-nın RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya prezidenti vəziyyətdən narahatdır.

"Prezident Putin münaqişə tərəflərini atəşi dərhal dayandırmağa və səbr nümayiş etdirməyə çağırıb", - deyə, D.Peskov bildirib.