Moskva “İntermuzey” festivalının təqdimatına hazırlaşır

2 Aprel 2016 12:19 (UTC+04:00)

Moskvada "İntermuzey" festivalının təqdimat mərasimi gerçəkləşəcək. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hər il mütəmadi olaraq, təşkil olunan festival 13-16 may tarixləri arasında gerçəkləşəcək.

Layihədə iştirak məqsədi ilə, Rusiyadan və dünyadan 315 muzey qeydiyyatdan keçib. Onların 260-ı müsabiqəyə qatılıb və 165-i festivalda iştirak hüququ qazanıb. Festivalın izləyiciləri üçün muzeylərdə sərgilər, tamaşalar nümayiş olunacaq, peşəkarlar tərəfindən mühazirələr oxunacaq və təcrübə dərsləri keçiriləcək.

Qeyd edək ki, muzeylərin sosial vəzifələrinə diqqəti cəlb etmək və bununla da, mədəniyyətlərarası dialoqun qurulmasına çalışmaq məqsədi daşıyan "İntermuzey" festivalı ilk dəfə 1999-cu ildə keçirilib.

Kubra Bayramova