Vaqif Dərgahlı: "Hərbi helikopterin vurulması ilə bağlı xəbər yalandır" MÜNASİBƏT

2 Aprel 2016 11:34 (UTC+04:00)

Azərbaycana məxsus hərbi aviasiya texnikası hamısı salamatdır. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

Qurum sözçüsü qondarma Dağlıq Qarabağ rejiminin Azərbaycana məxsus hərbi helikopterin vurulması ilə bağlı xəbəri təkzib edərək, belə bir şeyin olmadığını deyib.