Müğənni məhkəməlik oldu

2 Aprel 2016 10:57 (UTC+04:00)

Kanadanın "Cirque du Soleil" şirkəti onun üçün yazılmış kompozisiyasının amerikalı müğənni Castin Timberleyki öz hitlərinin birində istifadə etdiyi üçün məhkəməyə verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Timberleykin "Don't Hold the Wall" mahnısı 2013-cü ildə "20/20" albomunun tərkibində olub. Bu albomun diski iki milyondan çox tiraj ilə satılıb.

Məşhur şouların təşkilatçı şirkəti hesab edir ki, bu mahnıda 1997-ci ildə yaradılan "Cirque du Soleil" albomundakı "Steel Dream" kompozisiyasının bir qismi istifadə edilib.

İddia ərizəsi Nyu-York məhkəmələrindən birinə verilib. Müəllif hüquqlarının pozulmasına görə dəyən zərərin minimal məbləği 800 min dollardır.