RYTN-də Apelyasiya Şurasının növbəti iclası keçirildi

2 Aprel 2016 10:50 (UTC+04:00)

"Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apelyasiya Şurasının növbəti iclası keçirilib. Nazirliyin mətbuat xdmətindən SİA-ya verilən xəbərə görə, iclasda Apelyasiya Şuralarının fəaliyyətinə həsr olunmuş ümumrespublika seminar-müşavirəsində səsləndirilən fikirlər, verilmiş tapşırıq və tövsiyələr bir daha Şura üzvlərinin diqqətinə çatdırılıb.

Daha sonra "Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasında şikayətlərə baxılmasına dair Təlimat"a və "Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuralarının qarşılıqlı fəaliyyətinə dair Metodiki Təlimat"a uyğun olaraq hazırlanmış "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apelyasiya Şurasında şikayətlərə baxılmasına dair Təlimat"la bağlı Şura üzvlərinin verdiyi təkliflər müzakirə edilib.

Şuraya artıq sahibkarlardan müraciətlərin daxil olduğu da diqqətə çatdırılaraq, şikayətlərlə əlaqədar araşdırmaların hərtərəfli, dəqiq və obyektiv aparılmasına dair müvafiq tapşırıq və tövsiyələr verilib.