Minik avtomobilinin salon hissəsi yanıb

2 Aprel 2016 10:29 (UTC+04:00)

Cəlilabadda yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Cəlilabad şəhərində vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.