Neft ucuzlaşmaqda davam edir

2 Aprel 2016 09:21 (UTC+04:00)

Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,55 dollar azalaraq 36,79 dollar təşkil edib. Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,66 dollar azalaraq 38,67 dollar olub.