“Qarabağ” klubu reytinqdə üç pillə irəliləyib

2 Aprel 2016 01:43 (UTC+04:00)

Avropa klublarının mart ayı üçün reytinq siyahısı açıqlanıb. SİA xəbər verir ki, Avropa ölkələrinin yüksək liqalarında çıxış edən komandaların hamısı yer alıb.

Ümumilikdə 706 klubun salındığı siyahıda komandalarımız arasında ən yüksək göstərici Ağdamın "Qarabağ" komandasına məxsusdur. Siyahıda üç pillə irəliləyən Ağdam təmsilçisi 212-ci yerdə qərarlaşıb.

Ümumilikdə, altı komandamız reytinqdə irəliləyib. Ən sürətli sıçrayışa "Kəpəz" nail olub. Gəncəlilər aktivlərinə 48 xal yazdıraraq, 19 komandanı qabaqlayıblar. "Sumqayıt" isə 11 addım irəliləyib. "Qarabağ"dan sonra ən yüksək reytinqli komandamız olan "İnter" ötən cədvəllə müqayisədə 7 pillə geriləyib. "Xəzər Lənkəran" 11, "Qəbələ" isə 18 komandanı özündən irəli buraxıb.