"BakuBus"un avtobusu qəzaya düşdü

1 Aprel 2016 20:25 (UTC+04:00)

Bakı şəhərinin Səbail rayonu ərazisində, Salyan şosesində, "Baku Crystal Hall"un yaxınlığında "BakuBus" MMC-nin 6 nömrəli marşrut avtobusu "Mercedes E200" markalı, 90 CZ 648 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. SİA xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda "BakuBus" rəhbərliyinin hadisə yerinə gəlməsi gözlənilir.