İspaniya derbisində Yohan Kroyfun xatirəsi anılacaq

1 Aprel 2016 19:26 (UTC+04:00)

"Barselona" futbol klubu bu günlərdə vəfat edən əfsanəvi Yohan Kroyfun xatirəsini derbi matçında yad edəcək. Katalon klubunun rəsmi saytı xəbər verir ki, İspaniya çempionatının XXXI turu çərçivəsində oynanılacaq "Barselona"-"Real Madrid" derbisində ev sahibi komanda meydana Yohan Kroyfun xatirəsini əks etdirən forma ilə çıxacaq. Mərhum ulduz futbolçunun xatirəsinə ehtiram əlaməti olaraq futbol geyiminin üzərinə "Minnətdarıq-Yohan" sözləri həkk edilib.

Dünyada geniş auditoriyaya malik "Barselona"–"Real" oyunu aprelin 2-də Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.