Bilik Fondu uşaqları bir araya gətirdi FOTOLAR

1 Aprel 2016 15:30 (UTC+04:00)

Aprelin 2-i Beynəlxalq Uşaq Ədəbiyyatı günüdür. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu AMEA-nınMərkəzi Kitabxanasında "Uşaq ədəbiyyatı-problemlər və perspektivlər" mövzusunda dəyirmi masa təşkil edib.

Bilik Fondundan SİA-ya verilən məlumata görə, müzakirədən əvvəl kitabxanada balacaların rəsm əsərlərindən ibarət "Uşaqların nağıl dünyası" adlı sərginin də açılışı olub.

Sərgini Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev açaraq, uşaqlara diqqət və qayğıdan, Bilik Fondunun bu yöndə həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, bu günkü tədbrin də keçirilməsində əsas məqsəd uşaqlarda ədəbiyyata və incəsənətə maraq yaratmaqdır.

Dövlət Uşaq Filarmoniyasının direktor müavini Samirə Əmiraslanova uşaqları uğurlu rəsm əsərlərinə görə təbrik edib, onların estetik tərbiyəsində, balacaların bədii zövqünün formalaşması istiqamətində Bilik Fondu ilə bundan sonra da maraqlı layihələr həyata keçiriləcəyini bildirib.

Sonra rəsmləri sərgilənən uşaqlara Bilik Fondunun sertifikatları və hədiyyələr təqdim olunub.

Tədbir "Uşaq ədəbiyyatı – problemlər və perspektivlər" mövzusunda təşkil edilmiş müzakirə ilə davam edib. Müzakirədə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, uşaq yazarları – professor Zahid Xəlil, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Sevinc Elsevər, Gülqız Süleymanova, Nərminə Gündüzlü, Vüqar Haqverdiyev, Təhsil Nazirliyinin əməkdaşı Elçin Sərdarov, ibtidai sinif müəllimləri, nəşriyyat direktorları, uşaqlar və valideynlər iştirak ediblər.

Əvvəlcə balacalaruşaq ədəbiyyatı ilə bağlı öz fikir və təkliflərini səsləndiriblər. Sonra sual və təkliflərlə bağlı fikir mübadiləsi aparılıb. Yazarlar uşaq ədəbiyyatının çapında, satışında rastlaşdıqları çətinliklərdən söhbət açıblar.

Tədbirdə uşaqlar və müəlliflər müxtəlif şeirlər və hekayələr səsləndiriblər.