Parisdə partlayış SON DƏQİQƏ (FOTO)

1 Aprel 2016 15:04 (UTC+04:00)

Fransanın paytaxtı Parisdə partlayış olub. SİA-nınTürkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sosial şəbəkədə paylaşılan şəkildə şəhərin mərkəzində yerləşən binaların birinin tüstüləndiyi görünür. Partlayışın səbəbi hələlik bilinmir. Lakin "Russia Today"ın xəbərinə görə, çox sayda "Twitter" istifadəçisi bunun təbii qaz partlaması olduğunu iddia edir. Məlumata görə, əraziyə təcili yardım maşınları cəlb edilib.