"Traktor Sazi"dən növbəti qələbə

1 Aprel 2016 05:23 (UTC+04:00)

İran çempionatında 24-cü turun oyunları keçirilir. Təbrizin "Traktor Sazi" klubu bu tur səfərdə "Saypa"nın qonağı olub. Matçın taleyini bir qol həll edib. Görüşün 19-cu dəqiqəsində hesabı açan "Traktor Sazi" üstünlüyünü sonadək qoruyub - 1:0.

Qeyd edək ki, bu qələbədən sonra xalını 38-ə çatdıran "Traktor Sazi" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.