Bu da Türkiyənin yeni nəsil təyyarəsi

1 Aprel 2016 03:53 (UTC+04:00)

Türkiyədə istehsal olunan yeni nəsil təlim təyyarəsinin sınaq uçuşu uğurla başa çatıb. Türkiyənin Aviasiya və Kosmik Sənaye (TUSAŞ) şirkəti tərəfindən istehsal olunan bu təyyarə "HÜRKUŞ-A" adlandırılıb.

Avropa Mülki Aviasiya Təşkilatının (EASA) mühəndis və pilot heyəti yeni hava gəmisinin müasir standartlara uyğun olduğunu təsdiqləyib.

EASA tərəfindən "HÜRKUŞ-A"-ya istehsal sertifikatı verilib.