Əsəd Suriyadan gedir

1 Aprel 2016 02:20 (UTC+04:00)

Rusiya və ABŞ Suriyadakı vəziyyətin siyasi həlli ilə bağlı razılığa gəlib. Bu razılaşmaya Suriya prezidenti Bəşər Əsədin başqa ölkəyə köçməsi və istefası daxildir. Bu barədə diplomatik mənbələrə istinadən "Əl-Həyat" qəzeti məlumat yayıb.

"Söhbət Suriya prezidenti Bəşər Əsədin başqa ölkəyə köçməsi şərti ilə istefasından gedir", - deyə mənbə bildirib. Lakin o , Əsədin istefasının zaman çərçivəsini və bu prosesin detalları barədə heç bir məlumat verməyib.

"Əl-Həyat"ın mənbəyi Rusiya və ABŞ-ın diplomatik kanallar vasitəsilə ortaq məxrəcə gəldiyini qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya KİV-nə müsahibəsində yayılan məlumatı təkzib edib: "Rusiya Suriya da daxil olmaqla üçüncü ölkənin öz müqəddəratını təyin etməsini nə diplomatik, nə də başqa kanallarla müzakirə edir".