1 milyarddan çox istifadəçisi, dünyanın ən aktiv "online" mesajlaşma xidməti olan WhatsApp iPhone istifadəçiləri üçün yenilik edib. SİA-nın xəbərinə görə, ötən həftə Android istifadəçiləri üçün yeniliklərini təqdim edən WhatsApp bu dəfə də iPhone istifadəçilərini sevindirib. Belə ki, İphone üçün nəşr olunan WhatsApp 2.12.14 versiyası digərlərindən fərqlənməyi bacarıb. Xidmətin iPhone istifadəçilərinə təqdim etmiş olduğu yeni xüsusiyyətlər foto və video görüntülərin dizaynı ilə bağlıdır. WhatsApp ios 9-la videolara "zoom" etmək mümkün olacaq. Bundan başqa fotoşəkil və videoları telefonunuza yüklənmiş olan digər tətbiqlərdən Google Drive, Dropbox və ya Microsoft OneDrive kimi variantlarla da göndərə biləcəksiniz.