Media Komitəsinə üzvlərin qəbulu davam edir

28 Mart 2016 15:50 (UTC+04:00)

AFFA yanında Media Komitəsinə (MK) üzvlərin qəbulu davam edir. SİA-nın məlumatına görə, üzv olmaq istəyən hər bir sayt, qəzet və jurnalın rəhbər şəxsi MK-ya ərizə ilə müraciət etməlidir.

Nümunə:

AFFA yanında Media Komitəsinə ərizə

Mən – Soyad / Ad / Ata adı/ rəhbərlik etdiyim "XXXXX" qəzetinin/saytının/jurnalının AFFA yanında Media Komitəsinin üzvlüyünə qəbul olunmasını xahiş edirəm.

İmza və tarix.

Ərizələrin skan forması (şəkli) [email protected] ünvanına göndərilməlidir.Ərizələrin qəbulu aprelin 4-nə qədər davam edəcək.

Qeyd edək ki, AFFA yanında Media Komitəsinin üzvü olmayan qurumlar MK-nın elan edəcəyi layihələrə və müsabiqələrə qatıla bilməyəcək.