Kitab Klubunun sifarişi ilə xalq şairi Cabir Novruzun "Sağlığında qiymət verin insanlara" adlı yeni kitabı işıq üzü görüb. Klubdan SİA-ya verilən xəbərə görə, kitaba lirik şair Cabir Novruzun yarım əsrlik yaradıcılığı müddətində qələmə aldığı şeirləri daxil edilib. 432 səhifəlik kitabda şairin həm incə, kövrək, lirik duyğuları, həm də ümumbəşəri və milli ağrılardan doğan vətəndaş-şair narahatlığı əks olunub.