Brüssel aeroportundakı partlayışlar terror aktıdır Rəsmilər-FOTOLAR

22 Mart 2016 13:39 (UTC+04:00)

Belçika hakimiyyətinin rəsmiləri bu gün Brüssel aeroportundakı partlayışların terror aktı olduğunu bəyan edib. SİA-nın məlumatına görə, "şərşənbə axşamı səhər Brüsselin beynəlxalq aeroportunda baş vermiş iki partlayış hadisəsi terror aktıdır," - deyə Belçika hökumətinin rəsmi məlumatında bildirilir.

Belçikanın yerli telekanalı VRT-nin yaydığı məlumata görə, partlayıcı qurğu aeroporta kamikadze tərəfindən gətirlib. Hazırda onun şəxsiyyəti araşdırılır.

Qeyd edək ki, Brüssel aeroportunda baş vermiş terror aktı qurbanlarının sayı 17-ə çatıb. Bu haqda hadisə yerində işləyən yanğınsöndürənlər jurnalistlərə məlumat veriblər.

Xilasetmə xidmətlərini yerinə yetirən yanğınsöndürənlər onlarla insanın yaralandığını bildiriblər. Onların sözlərinə görə, yüngül xəsarət almış insanların sayı bilinmir. Partlayışın baş verdiyi zalın tavanı tamamilə uçub.