25 yaşlı Avistralyalı müğənni- maniken Iggy Azalea, 30 yaşlı NBA ulduzu Nick Youngla evliənəcəyini deyib. SİA-nın hurriyet.com saytına istinadən verdiyi xəbərə görə, 2013-cü ildən nişanlı olan cütlük bu il dünya evinə girəcək: "Toyumun tarixi və məkanı bəlli olmasa da artıq gəlin paltarım hazırlanır. Hətta bal ayı üçün yer belə seçmişəm. Belə ki, bal ayında nişanlımla Avropanı gəzəcəyik. Ancaq bütün bunları planlı şəkildə etməliyəm. Çünki evləndikdən sonra həyat yoldaşıma "Ömrümün sonuna qədər turneyə çıxacam. Sağ ol bəbəyim" sözlərini deyəcəyimə əminəm".


