Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə "Uğurun kubu" lahiyəsinin bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə, bağlanış mərasimində YAP Gənclər Birliyinin sədr müavini Əli Pənahov və Təşkilatı işlər üzrə koordinator Elmar Məmmədov qonaq qismində iştirak edib.
Əli Pənahov tədbirdə YAP Gənclər Birliyinin fəaliyyəti haqqında gənclərə məlumat verib, daha sonra lahiyə iştirakçıları sertifikatlarla təqdim edilib.
Tədbirin sonunda Əli Pənahov və Elmar Məmmədov BSU-da Heydər Əliyev adına hazırlanmış otaqla tanış olub və BSU Heydər Əliyev adına radioda universitetin tələbəsi Arzu Quliyevanın "Gənc YAP-çılar"adlı verlişində qonaq qismində iştirak ediblər.