Müğənni Niyam Səlami maraqlı etiraflar edib. SİA-nın verdiyi xəbərə görə, o, bu haqda verilişlərin birində danışıb: "Köhnə evimin divarında çərçivədə əməkdar artist Röya, müğənni Rəhim Rəhimli ilə şəklimi asmışdım. Ancaq hazırda o insanlar mənim yanımda yoxdur. Yanımda olmamalarına səbəb hər üçümüz sənətçiyik və rəqabət var. Həmin o evi də satdım. Elə dostlarımla şəklim o evdə qaldı".
Müğənni şəxsi həyatından da söz açıb: "Haqqımda xəbər yayılıb ki, yenidən evlənəcəm. Əlbəttə, özümə uyğun xanım tapsam istərdim ailəm olsun. Hər kəs ailə istəyir. Amma mənim xarakterim olduqca çətindir. Gərək məni anlayan xanımla ailə həyatı qurum".