"Red Bull" komandasının rusiyalı yürüşçüsü Daniil Kvyat "R-Sport" agentliyinə müsahibəsində bəyan edib ki, Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-pri yarışlarında səmimi ab-hava olacağını gözləyir. SİA-nın məlumatına görə, D.Kvyat deyib: "İndiyədək bu ölkədə olmamışam. İnanıram ki, Azərbaycanda özümü evdəki kimi hiss edəcəyəm. Hər halda Azərbaycan keçmiş SSRİ ölkəsidir. Yəqin ki, insanlarda hansısa xatirələr qalıb. Hələlik bu trası simulyatorda öyrənməmişəm: biz o dərəcədə uzağa baxmırıq".
Xatırladaq ki, Bakıda Formula-1 üzrə Avropa Qran-pri yarışları iyunun 17-19-da keçiriləcək.// AZƏRTAC