Modelyer müğənnilərin geyimini bəyənmədi FOTOLAR

14 Mart 2016 16:12 (UTC+04:00)

Modelyer Cemil İpekçi imza günü keçirib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, böyük maraqla qarşılanan tədbirdə modelyer gözlənilməz açıqlamalar verib.

O, səhnənin ən dəblilərini və zövqsüzlərini seçib. İpekçi "məndən inciməsin, amma ən zövqsüz sənətçi Hande Yenerdir" deyib.

"Hadisənin geyimləri isə ümidsizlik, peşmanlıq, hətta faciədir. Niyə belə geyinir, bilmirəm. Hələ Avropanı da görüb".

"Gülben Ergen çox zövqlü geyinir. Çox zərifdir, hər geyindiyini yaraşdıra bilir. Libası necə daşımağı çox yaxşı bacarır".

"Ajda Pekkan da yaxşı geyinir. Bülent Ersoyu da dəfələrlə geyindirmişəm, amma çox yorucudur".