Hərbiçilərimiz beynəlxalq tədbirlərdə iştirak edir

14 Mart 2016 09:49 (UTC+04:00)

Tbilisi şəhərində (Gürcüstan) martın 13-dən 18-dək NATO-nun əməliyyat imkanları konsepsiyası çərçivəsində "məsləhətçi görüş" və martın 13-dən 19-dək "NATO-da hərbi tərəfdaşlığın koordinasiyası" üzrə növbəti işçi görüşlər keçirilir. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.