Yan Xamaçek: "Azərbaycanla Çexiya mühüm tərəfdaş ölkələrdir" AÇIQLAMA FOTO

13 Mart 2016 19:26 (UTC+04:00)

"Azərbaycana yenidən gəldiyimə görə çox şadam". SİA-nın məlumatına görə, bunu ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamentinin sədri Yan Xamaçek hava limanında jurnalistlərə açıqlamasında deyib. O, iki ölkənin strateji tərəfdaş olduğunu vurğulayıb: "Azərbaycanla Çexiya mühüm tərəfdaş ölkələrdir. Biz bir çox sahələrdə səmərəli əməkdaşlıq edirik. Azərbaycanla Çexiya Respublikası arasında strateji tərəfdaşlığı yüksək dəyərləndiririk".