Kömür mədənində uçqun 7 ölü

13 Mart 2016 18:33 (UTC+04:00)

Pakistanın Orakzay vilayətində kömür mədənində baş verən uçqun nəticəsində yeddi nəfər həlak olub, 10 işçi yaralanıb. Qırxdan çox şaxtaçı dağıntılar altında qalıb.

Hadisə zamanı mədəndə 60-dan çox şaxtaçı olub. Elektrik enerjisinin kəsilməsi və güclü yağışın yağması xilasedicilərin işini çətinləşdirir. Buna baxmayaraq, xilasetmə işləri davam etdirilir.