"Qarabağ" klubunun futbolçusu Rahid Əmirquliyev Almaniyada əməliyyat olunub. SİA-nın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi hazırda bərpa dövrünü keçirir. Onun Bakıya gələn həftə qayıdacağı gözlənilir.
Qış transfer pəncərəsi zamanı "Qarabağ"ın sıralarına "Xəzər Lənkəran"dan qoşulan Azərbaycan milli komandasının futbolçusu təlim-məşq toplanışı zamanı zədələnib. O, həmin vaxt bir ayadək yaşıl meydanlardan uzaq qalıb. Zədəsini sağaldaraq martın 2-də "Sumqayıt"la Azərbaycan Kubokunun ilk yarımfinal görüşündə debüt edən Rahid Əmirquliyev elə birinci hissədəcə yenidən zədələnib.
