“Yesenin” səhnədə

11 Mart 2016 10:25 (UTC+04:00)

13 mart saat 15:00-da Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət "Günay" teatr studiyasının "Yesenin" adlı tamaşası nümayiş olunacaq. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tamaşa Yeseninin 120 illiyi münasibətilə Teatr Xadimləri İttifaqının tamaşa zalında olacaq.

Qeyd edək ki, səhnə əsərinin ssenari müəllifi və rejissoru Larisa Tarusova, xoreoqrafı Günəş Talıbovadır. Tamaşada baş rolları Allan Suleykin və Leyla Yusubova ifa edir.