Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin oyunları keçirilib. SİA-nın məlumatına görə, qarşılaşmaların hamısı eyni gündə baş tutub. Maraqla gözlənilən matçlardan biri İstanbulda baş tutub. Burada "Fənərbaxça" Portuqaliyanın "Braqa" klubunu qəbul edib. Mehmet Topalın 82-ci dəqiqəsində vurduğu qol "Fənərbaxça"ya minimal hesablı qələbə qazandırıb - 1:0.
"Liverpul" doğma meydanda İngiltərənin digər təmsilçisi "Mançester Yunayted"i qəbul edib. Oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Qeyd edək ki, bu mərhələnin cavab görüşləri bir həftə sonra keçiriləcək.
Avropa Liqası
1/8 finalın ilk oyunları
"Vilyareal" (İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) - 2:0
Qollar: Bakambu, 4 (1:0), 56 (2:0)
Qırmızı vərəqə: Jedvay, 90+5 ("Bayer")
"Atletik" (Bilbao, İspaniya) - "Valensiya" (İspaniya) - 1:0
Qol: Qarsiya, 20 (1:0)
"Liverpul" (İngiltərə) - "Mançester Yunayted" (İngiltərə) - 2:0
Qollar: Staric, 20-pen (1:0), Firmino, 74 (2:0)
"Sparta" (Çexiya) - "Latsio" (İtaliya) - 1:1
Qollar: Fridek, 13 (1:0), Parolo, 38 (1:1)
Şaxtyor" (Donetsk, Ukrayna) - "Anderlext" (Belçika) - 3:1
Qollar: Tayson, 21 (1:0), Kuçer, 24 (2:0), Açimponq, 68 (2:1), Eduardo da Silva, 79 (3:1)
"Bazel" (İsveçrə) - "Sevilya" (İspaniya) - 0 :0
"Borussiya" (Dortmund, Almaniya) - "Tottenhem" (İngiltərə) - 3:0
Qollar: Obameyanq, 30 (1:0), Roys, 60 (2:0), 70 (3:0)
"Fənərbaxça" (Türkiyə) - "Braqa" (Portuqaliya) - 1:0
Qol: Mehmet Topal, 82 (1:0)