Necati Şaşmaz yenidən Məkkədə FOTOLAR

10 Mart 2016 16:50 (UTC+04:00)

"Kurtlar Vadisi Pusu"nun baş rol aktyoru Necati Şaşmaz Ümrə ziyarətinə gedib. SİA-nın hurriyet.com saytına istinadən verdiyi xəbərə görə, ikinci dəfə müqəddəs torpaqlarda olan Şaşmaz ziyarətdən fotolar paylaşıb.

Keçən il də Məkkə və Mədinədə olan aktyor "təkrar qismət olsa, yenə gələcəyəm" demişdi.