Peres “Real Madrid”dən gedir

5 Mart 2016 01:55 (UTC+04:00)

Madridin "Real" futbol klubunun prezidenti Florentino Peres yayda vəzifəsindən gedə bilər. İspaniyanın "Sport" qəzeti xəbər verir ki, F.Peres tezliklə prezident seçkiləri keçirərək vəzifəsini başqasına təhvil vermək niyyətindədir. Peresin istefasının səbəbləri kimi "Real"ın cari mövsüm istənilən səviyyədə çıxış etməməsi və azarkeşlərin komandadan narazı qalması göstərilir. Bu səbəblərə görə, onun qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürməyəcəyi bildirilir.

Qeyd edək ki, 2000-2006-cı il tarixində paytaxt klubunun prezidenti vəzifəsini icra edən futbol funksioneri ikinci dəfə 2009-cu ildə "Real"ın prezidenti seçilib.