Azərbaycanın AŞPA-dakı sabiq səfiri – bir sıra mətbuat səhifələrində "qiyamçı səfir" adlandırılan Arif Məmmədovun dəstəkləyicilərindən biri hazırda Hollandiyada yaşayan müxalifətçi "mühacir" Natiq Kərimovdur. SİA-nın sosial şəbəkələrdə apardığı araşdırmalarından sonra bəlli olub ki, "Məmmədov hərəkatı"nın qatı tərəfdarlarından olan Natiq Kərimov Niderland Krallığının böyük şəhərlərindən biri olan Almerada klinika rəhbəridir. Hətta o da bildirilir ki, Natiq özünü cinsi azlıqların nümayəndəsi kimi təqdim edir. O, eyni zamanda Azərbaycanın "ənənəvi müxalifətinin mühacirətdəki liderləri"ndən hesab edilir. Araşdırmalardan o da bəlli olub ki, Natiq Kərimov Arif Məmmədovun "zühuruna" qədər AXCP sədri Əli Kərimlinin Avropadakı fəal təbliğatçılarından biri olub.
Facebook sosial şəbəkəsində də aktivliyi ilə seçilən Natiq Kərimov bu arada Natiq "N Kerimov" niki ilə "qiyamçı səfir"ə dəstək kampaniyasını başladıb. O, ictimai rəyi Arif Məmmədova dəstək olmağa, onun "hərəkatına" qoşulmağa, lider kimi qəbul etməyə və hakimiyyətə qarşı "daş-yaba" ilə çıxıb qiyam qaldırmağa çağırışlar edib. Ancaq maraqlı məqamlardan biri də Natiq Kərimov təkcə Hollandiyada deyil, bütün Avropa məkanında tanınmış gey – cinsi azlıq nümayəndəsi olmasıdır. 54 yaşlı bu şəxs LGBT-nin tanınmış üzvlərindən biridir və o, hazırda Alexander Poorstra adlı hollandiyalını özünə "boy frend" elan edərək, onunla cinsi evlilik həyatı yaşayır. O cümlədən, belə bir məlumat da əldə edilib ki, Natiq Kərimov "boy frend"inə digər LGBT fəalı Nikola di Lulio ilə xəyanət edib. Kərimovun facebook səhifəsində müxtəlif orgiya gecələri ilə bağlı fotoşəkilləri də yer almaqdadır (bax – Natiq N Kerimov-red.)
Növbəti araşdırmadan isə bəlli olub ki, Arif Məmmədov nə qədər də qəribə olsa belə, cinsi azlıq nümayəndəsi Natiq Kərimovu insanlara "əsl vətəndaş və kişilik nümayəndəsi" kimi təqdim edir. Bu amil isə milli və mənəvi, eləcə də islami dəyərlərə hər zaman ciddi yanaşan xalqımızda anlaşılmazlıq və ikrah hissi yaradır.