Məlum olduğu kimi, fevralın 24-də Moskva şəhərində Azərbaycanın Rusiyada turizm nümayəndəliyinin açılışı keçirilib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun nəticəsində 2017-ci ilin fevral ayınadək olan müddət ərzində "Tour A Vent" şirkəti tərəfindən təbliğat-təşviqat işləri həyata keçiriləcək.
Bunun nəticəsi olaraq, artıq şirkət tərəfindən Azərbaycana ilk info-tur təşkil olunub. İnfo-tur çərçivəsində Bakıya və Şahdağa səfər nəzərdə tutulub. Xatırladırıq ki, into-turda Rusiyanın aparıcı turizm şirkətlərinin rəhbərləri iştirak edir.
27 fevral – 02 martda Azərbaycanda olacaq 14 nəfərlik nümayəndə heyəti üçün Bakıda İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu, Şirvanşahlar sarayı, Yanardağ və Atəşgaha ekskursiyalar təşkil olunub. Qrupun növbəti günlər ərzində Şahdağ Turizm Mərkəzi ilə tanışlığı nəzərdə tutulub.
Qeyd edək ki, nümayəndəlik tərəfindən belə info-tur və press-turların il ərzində bir neçə dəfə həyata keçirilməsi planlaşdırılır.