Məşhur futbolçu Arda Turan Madriddəki mağazadan 25 000 Avro (82 000 TL) dəyərində alış-veriş edib. SİA-nın hurriyet.com-a istinadən verdiyi xəbərə görə, geyimləri geyinib yoxlamadan alan futbolçu evə gəldikdə pis sürprizlə qarşılaşıb. Belə ki, aldıqlarının heç biri onun əyninə olmayıb.
Arda Turan geyimləri mağazaya geri qaytarmaq əvəzinə, hamısını ailəsinin hələ də yaşadığı Bayrampaşadakı dostlarına və qonşularına hədiyyə edib.
Qeyd edək ki, bununla kifayətlənməyən məşhur artıq istifadə etmədiyi başqa geyimlərini isə ehtiyac sahiblərinə bağışlayıb.


