TQDK-dan bakalavrlara MÜRACİƏT

29 Fevral 2016 13:55 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bakalavrlara müraciət edib. TQDK-dan SİA-ya verilən məlumata görə, bakalavrlar elektron ərizələrinə daxil olmaqla (https://eservices.tqdk.gov.az/brxvmag/?frm=egov) martın 6-da keçiriləcək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürə bilərlər.

Qeyd olunub ki, qəbul imtahanında iştirak etmək üçün bakalavr imtahanın yeri və keçirilmə tarixi qeyd olunan "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyətini təsdiq edən sənədi mütləq imtahana gətirməlidir.