Bakıda məhkum kustar üsulla tapança hazırlayıb. SİA xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Müalicə Müəssisəsində cəza çəkən 1989-cu il təvəllüdlü Ramil Məmmədov Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda basdırdığı, kustar üsulla hazırladığı tapançanı könüllü olaraq çıxararaq müəssisəyə təhvil verib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.