Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi "Ana harayı" abidəsini ziyarət edib. SİA-nın məlumatına görə, gənclər Azərbaycan bayraqları və "Xocalıya ədalət" yazılmış plakatlarla Xocalı prospekti boyunca yürüş edərək abidəni ziyarət ediblər.
Xocalıda şəhid olan soydaşlarımızın xatirəsinə ucaldılmış abidənin önünə YAP GB adından əklil qoyaraq şəhidlərimizin ruhları qarşısında baş əyiblər.
Xocalı abidəsini ziyarət edən gənclər bildiriblər ki, bu tarix Azərbaycan xalqını dərk etdirən, xalqımızın kimliyini tanıtdıran tarixlərdən biridir. Hər dəfə bu abidəni ziyarət edəndə milləti millətə tanıdan o insanların ruhunu yad etdikcə qürurlanırıq. Öz qanlı tariximizlə fəxr edirik ki, bizim insanlarımız öz qəhramanlıqları ilə şəhid olublar.