Avtomobildən oğurluq edən Şəmkir sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, fevralın 25-də Şəmkir rayonunun 20 Yanvar küçəsində Yalçın Sadıqova məxsus "Mercedes" markalı avtomobildən açıq talama yolu ilə içərisində 15000 manat və 15800 ABŞ dolları, habelə 1 ədəd mobil telefon oğurlanıb. Avtomobildən oğurluq edən rayon sakini Sarif Əliyev həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.