Sahibkarlar "10-cu Peterburq Tərəfdaşlığı" tədbirində

26 Fevral 2016 02:22 (UTC+04:00)

Martın 15-dən 17-dək Rusiyanın Sankt-Peterburq şəhərində "10-cu Peterburq Tərəfdaşlığı" adlı tədbir keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, tədbirin keçirilməsinin əsas məqsədi kiçik və orta müəssisələr arasında rəqabətqabiliyyətliliyin artırılması, regional tərəfdaşlarla birbaşa əlaqələrin qurulması və ən yeni istehsal texnologiyasından istifadənin genişləndirilməsidir. Tədbirdə sənayenin avtomobil istehsalı, gəmiqayırma, tikinti, energetika, metallurgiya, elektronika, plastik və rezin istehsalı sahələrinə xüsusi önəm verilir. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar tədbirdə iştiraka dəvət olunurlar.