"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "Qatarın qəbulu və yola salınması üzrə növbətçi" peşəsi üzrə ödənişsiz kurslar təşkil edir. Metropolitenin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kurslar 1 ay müddətində davam edəcək.
Kursu müvəffəqiyyətlə bitirənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər.
Kursda iştirak tələbləri:
Xanımlar üçün:
- Yaş: 18-30 arası
- Boy: minimum 170 sm
- Təhsil: minimum tam orta təhsil
- Dil bilikləri:
Azərbaycan dili – əla
Xarici dil bilmək arzuolunandır
Oğlanlar üçün:
- Yaş: 22-30 arası
- Boy: minimum 170 sm
- Hərbi mükəlləfiyyətli
- Təhsil: Texniki ali
- Dil bilikləri:
Azərbaycan dili – əla
Xarici dil bilmək arzuolunandır
Kurslarda iştirak etmək istəyənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar (http://metro.gov.az/az/career/workforus).
Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Qatarın qəbulu və yola salınması üzrə növbətçi" peşəsininin qeyd edilməsi zəruridir. Müraciət üçün son tarix: 04.03.2016