Avropa İttifaqı (Aİ) Belarusun 170 dövlət məmuru və 3 şirkətinə qarşı tətbiq edilən sanksiyaları aradan qaldırıb. SİA-nın Rusiyanın "ITAR TASS" agentliyinə istinadən verdiyi məlumata görə, sanksiyaların götürülməsi rəsmi olaraq təsdiqləyib.
Bu barədə Avropa İttifaqı bildiriş yayıb. Məsələyə dair siyasi qərar bu il fevralın 15-də qəbul edilib.
Bildirişdə qeyd olunub: "Uyğun hüquqi akt isə fevralın 25-də qəbul olunub. Həmin sənədlər fevralın 27-də Avropa İttifaqının rəsmi jurnalında çap ediləcək".