“Əsrin faciəsi” adlı anım tədbiri keçirilib

25 Fevral 2016 13:15 (UTC+04:00)

AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Respubikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Xocalı faciəsinin iyirmi dördüncü ildönümünə həsr edilmiş "Əsrin faciəsi" adlı anım tədbiri keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbir Azərbaycan himni ilə başlayıb.

Mərasimi giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı bu qanlı faciə haqqında məlumat verib: " 26 fevral tarixi bizim üçün unudulmazdır. Həmin gün 613 nəfər öldürülüb. Xocalı faciəsində günahsız körpələr qətlə yetirilib. Hər il Xocalı faciəsini böyük ürək ağrısı ilə qeyd edirik".

Sonra tədbirdə Azərbaycan Respubikası Prezidenti yanında Bilik fondunun müşaviri İsaxan Vəliyev söz alıb: "26 fevralda soyqrım qurbanlarının başlarına gətirilən faciəni danışmaq çox çətindir. Ermənilərin törətdikləri bu cinayəti əsla unutmaq olmaz".

Daha sonra dünya ictimaiyyətinin erməni millətçilərinin törətdikləri qanlı gecəni əks etdirən ingilis dilində film nümayiş olunub.

Tədbir Binəqədi rayonu 244 saylı məktəbin şagirdlərinin hazırladıqları proqramla davam edib. Şagirdlərdən 5 nəfər ilk əvvəl tarın müşayəti ilə Xocalıya aid şeir səsləndirib. Şagirdlərdən Aytacın "Talandı torpağımız" adlı mahnı, sonra "Xocalı faciəsinin ildönümü" , "Bir zaman Xocalı qan ağlayırdı" və "Ağlama Xocalı" şeirləri səsləndirilib.

Qeyd edək ki, mərasim Müslüm Maqamayevin "Azərbaycan" mahnısı ilə yekunlaşıb.