Roza Zərgərlinin aktyor oğlu üçün xoş gün

24 Fevral 2016 11:24 (UTC+04:00)

Bu gün müğənni Roza Zərgərli üçün özəl gündü. SİA-nın verdiyi xəbərə görə, ifaçı aktyor oğlu Corcun ad gününü qeyd edir. O, bu münasibətlə övladını təbrik edib: "Bu gün mənim fəxrim, dayağım Corcumun doğum günüdür. Əziz balam, sənə mənalı, xoşbəxt ömür, can sağlığı arzu edirəm. İnşaallah sevdiyin hər kəs sən var olduqca daim yanında olar. Yeni yaşına kimi ölkəmizə ən böyük arzun olan ilk "Oscar" mükafatını gətirəsən".

Qeyd edək ki, Corcun 21 yaşı tamam olur.